Okazakinin yeni klubu bəlli oldu
Yaponiya yığmasının sabiq hücumçusu Sindzi Okazakinin yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu İspaniyanın “Hueska” klubuna keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan hücumçu ilə 1 illik müqavilə imzalanıb. Amma klub müqavilənin müddətini artırmaq şansına da malikdi.
Qeyd edək ki, Okazaki bu yay İspaniyanın digər klubu “Malaqa” ilə müqavilə bağlasa da, sözügedən komanda maliyyə feyr-pleyi ilə əlaqədar onu sifariş edə bilməmişdi. Bu üzdən də tərəflər yollarını ayırmağa qərar vermişdi.
Yaponiya millisinin sabiq üzvü 2015-ci ildən İngiltərənin “Lester Siti” klubunun şərəfini qoruyurdu. O, daha öncə Almaniyanın “Ştutqart” və “Maynts” klubunda da çıxış edib.
Bizi Facebook-da izləyin