“Fənərbaxça” açıqlama yaydı, “Qalatasaray”ın baş məşqçisini “təxribatçı” adlandırdı

“Fənərbaxça” Joze Mourinyo ilə “Qalatasaray”ın baş məşqçisi Okan Burukun qarşıdurması ilə bağlı “cim-bom”un çalışdırıcısını sərt tənqid edən açıqlama yayıb.

İki İstanbul komandası arasında keçirilən kubok matçının sonunda Mourinyo Okanın burnuna əl atıb. Bundan sonra rəqib komandanın baş məşqçisi özünü yerə atıb və indi portuqaliyalı mütəxəssis uzunmüddətli cəza ilə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu yaydığı açıqlamada bunun Okan Buruk tərəfindən planlaşdırılımış təxribat olduğunu bildirib:

“Bu, Okan tərəfindən planlaşdırılmış təxribat idi. Planın bir hissəsi olaraq, həmin şəxs peşəkarcasına, güllə yarası alıb yerə yıxılmış kimi davranıb. Okanın nalayiq sözləri və hərəkətləri videoya çəkilib. Onun burnuna toxunarkən dərhal yerə yıxılması və bir neçə saniyə qıvrılmasının absurdluğu günlər ərzində ictimaiyyətin diqqətindən yayınır. Bir futbolçu kimi simulyasiyaya bənzər hərəkəti məşqçilik karyerasında da davam etdirərək, bu cür davranışın ona xas olduğunu göstərdi”.

“Qalatasaray” ölkə kubokunun yarımfinalında “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button