Okan Buruk Azərbaycan millisində?
Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Okan Buruk ola bilər.
Komanda.az xəbər verir ki, artıq bu barədə Türkiyə mətbuatı da məlumat yayıb.
“Milliyet”in yazdığına görə, AFFA rəhbərliyi ilə türkiyəli mütəxəssis arasında 2+2 illik müqavilə barədə razılıq əldə olunub. Gələn ayın sonunda italiyalı Canni De Byazi ilə vidalaşmağa hazırlaşan AFFA onu məhz Okan Burukla əvəzləməyə hazırlaşır.
1992-2010-cu illərdə Türkiyə millisində keçirdiyi 56 oyunda 8 qola imza atan Okan Buruk məşqçi karyerasına gənclər millisində başlayıb. Daha sonra əsas millidə və “Qalatasaray”da da yardımçı işləyən sabiq yarımmüdafiəçi, “Elazığspor” (2013—2014), “Qaziantepspor” (2014-2015), “Sivasspor” (2015-2016), “Göztəpə” (2016-2017), “Akhisar Bələdiyyəspor” (2017-2018), “Rizəspor” (2018-2019) klublarında işləyib. Heç bir klubda ikinci ili görməyən Buruk “Başakşəhər”i (2019-2021) çempion etməyi bacarıb.
Bizi Facebook-da izləyin