“Oh, my god”

Kürşad

Dünya futbolunda baş verməyən hər zad Azərbaycan futbolunda gerçəyə çevrilir. O şeylər ki, biz durub avropalılara desək, bunlar bizdə baş verir, ağızlarını bir qarış açıb, gözlərini döyərlər, həyəcanla “oh, my god” deyərlər.

Biz avropalılara “Xəzər Lənkəran”dan, “MKT-Araz”dan, “Araz Naxçıvan”dan, “Şəmkir”dən, “Kəpəz”dən, “Turan”dan, “Viləş”dən, “Standard”dan, “Rəvan”dan, “Karvan”dan danışa bilərik, onlar matdım-matdım durub üzümüzə baxarlar. “Bunları niyə yaradırdız ki, niyə də öldürürdüz” sualını verərlər, bu dəfə də biz onların üzünə məlul-müşkül baxarıq.

Avropalılara desək ki, bizim futbolumuzda əyri-üyrü işlərin hamısı AFFA-nın nəzarətindədir, Premyer Liqamızdakı 8 klubdan tam yarısı həmin AFFA-dan maliyyələşir, böyrümüzü dümsükləyib, gülə-gülə “əə, yaxşı, zarafat eləmə” deyərlər.

Bu avropalılara söyləsək ki, bizim Premyer Liqada çempion artıq 4-cü turdan məlumdur, bu dəfə heç gülməzlər də, ciddi-ciddi “əə, gicləmə, hələ dünya futbolunda belə şey olmayıb” deyərlər. “Quran”a, “Ələm ağacı”na, Mirmöhsün ağanın cəddinə də inanmır zalım uşağı, and içib, inandırardıq.

Eşidirsiiiiz, Azərbaycan Premyer Liqasının 4-cü turundan sonra artıq çempion məlumdurrrrr!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button