Azarkeşlər rüşvət alan klub prezidentinin ofisinə hücum etdi

Argentinanın “San Lorenso” klubu ətrafında qarşıdurma davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Marselo Moretti azarkeşlərin tələblərinə baxmayaraq, istefa verməkdən imtina edir. Lakin onun vəzifəsini yerinə yetirməsi getdikcə çətinləşir. Bu yaxınlarda “San Lorenso” azarkeşlərinin radikal qanadı onun klubun ofisinə gəlişindən xəbər tutub. Yüzə yaxın adam ofisə doğru yürüş edib. Onlar “Oğru, ayıb olsun, çıx get!” kimi tələblər səsləndiriblər. Bundan sonra Moretti binanı tərk etmək üçün polisə zəng etməli olub və yalnız onların müşayiəti ilə ofisi tərk edə bilib.

Azarkeşlərin qəzəbinə Moretti ilə bağlı korrupsiya xəbərləri səbəb olub. İnternetdə onun oğlunu klubun gənclər akademiyasına yazdırması müqabilində bir qadından 25 000 dollar aldığını göstərən video yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button