“Oğlan idim, kişi oldum”

“Əl-Hilal”ın hücumçusu Neymar karyerasından razıdır.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasına başlayandan bəri çox şeyin dəyişdiyini bildirib:

“Karyerama başlayandan bəri çox şey dəyişdi. Oğlan idim, kişi oldum, ailəm, uşaqlarım var. Bu illər ərzində çox şey öyrəndim, çətinliklərlə üzləşdim, amma hər şeyin öhdəsindən gələ bildim. Gözlədiyimdən də çox şeyə nail oldum. Karyeramdan, etdiyim hər şeydən, oynadığım yerdən çox razıyam. Əlbəttə ki, bəzən müəyyən bir vəziyyətdə nə edə biləcəyini düşünürsən, amma bu, futbolun bir hissəsidir. Heç vaxt bütün kubokları qazanmayacaqsız. Əldə etdiyim şeylərdən çox razıyam”.

Neymar bu mövsüm “Əl-Hilal”ın heyətində cəmi 2 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button