“Odun doğrayıram, traktorla sahədə işləyirəm” – Əfsanəvi italyan
İtaliya yığmasının sabiq futbolçusu Roberto Bacco daha futbolla maraqlanmır.
Komanda.az xəbər verir ki, “Yuventus”un sabiq ulduzu bu haqda “La Repubblica” nəşrinə verdiyi açıqlamada danışıb:
“Mən artıq futbolla maraqlanmıram. İnsanlar bunun qəribə olduğunu düşünür, amma mənim günahım nədir? Futbolsuz xoşbəxt yaşayanlar uduzanlardır?
Oyunlara baxmıram, daha onlar məni cəlb etmir. Həm də, başqalarını mühakimə etməyi sevmirəm. Keçmiş komanda yoldaşlarımın müəllim kimi danışdıqlarını görürəm. Amma yadımdadır ki, onlar əlləri ilə də dəqiq ötürmə verə bilmirdilər.
Özüm üçün başqa əyləncələr tapdım. Odun doğrayıram, traktorla sahədə işləyirəm və gecələr o qədər yorğun oluram ki, başım fırlanır”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin