“Özümü hər gün daha yaxşı hiss edirəm” – “Arsenal”ın futbolçusu
“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard zədəsini sağaltmasından danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, norveçli futbolçu son vaxtlar çox irəliləyiş əldə etdiyini bildirib:
“Son vaxtlar çox irəliləyiş əldə etmişəm. Özümü hər gün daha yaxşı hiss edirəm. İndi hər şey gözləniləndən daha yaxşı görünür. Ümid edirəm ki, mənim sonrakı sağalmağım çox vaxt aparmayacaq”.
Odeqard 2021-ci ilin avqustundan “topçular”ın heyətində oynayır. Onun London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.
25 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 110 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin