Premyer Liqa nəhəngindən Oblaka maraq

“Atletiko”nun qapıçısı Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı David de Xea hələ klubla müqaviləni yeniləmədiyi üçün “qırmızı şeytanlar” 30 yaşlı qolkiperlə yaxından maraqlanır.

Oblak cari mövsümdə “Atletiko”nun heyətində 34 oyuna çıxıb, 28 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.

De Xea 2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button