Oblak Premyer Liqanın 2 klubunun “radar”ındadır
“Atletiko”da çıxış edən qapıçı Yan Oblak yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, sloveniyalı qolkiperin İngiltərə Premyer Liqasında oynamaq variantı var. Belə ki, “Mançester Siti” və “Mançester Yunayted” Oblakın xidmətinə maraq göstərir.
Oblakı dəvət etməkdə İngiltərənin top-klublarından başqa, Səudiyyə Ərəbistanı çempionatının komandaları da maraqlıdır.
31 yaşlı qolkiper 2014-cü ilin yayından Madrid təmsilçisində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyunun sonuna qədərdir və transfer dəyəri 30 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin