Obameyanq evində döyüldü

“Barselona”nın futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, dörd qarətçi 33 yaşlı hücumçunu odlu silahla hədələdikdən sonra döyməyə başlayıblar. Onlar daha sonra qaçaraq, aradan çıxıblar. Futbolçunun həyat yoldaşının məlumatından sonra polis araşdırmaya başlayıb.

Obameyanq “Barselona”ya bu ilin yanvar ayında azad agent kimi keçib. O, Kataloniya klubunda 24 oyuna çıxıb, 13 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button