Obameyanqın yeni komandası

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq “Çelsi”yə keçəcək.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klublar artıq razılığa gəlib.

“Çelsi” 33 yaşlı qabonlu futbolçu üçün 20 milyon avro ödəyəcək, qalan məbləğ isə bonuslar şəklində ödənilə bilər.

Obameyanq 2022-ci ilin yanvarında, “Arsenal”la müqaviləsi bitdikdən sonra azad agent kimi “Barselona”ya keçib. Onun kataloniyalılarla müqaviləsi 2025-ci ildə başa çatır.

Obameyanq “Barselona”nın heyətində 24 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button