Obameyanqın Səudiyyə Ərəbistanı klubuna keçidi rəsmiləşdi

Marsel “Olimpik”inin hücumçusu Pyer-Emerik Obameyanqın Səudiyyə Ərəbistanının yüksək liqa təmsilçisi “Əl-Kadisiya” klubuna keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İlk açıqlamada 35 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə yazılmayıb.

Ötən mövsüm qabonlu Obameyanq bütün turnirlərdə 51 oyunda 30 qol vurub, 11 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button