Obameyanq yenidən Fransa klubunda

Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirəcək. O, “Əl-Qadisiyyə” klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və azad agent statusu alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun xidmətində Səudiyyə Ərəbistanının digər klubu “Əl-İttifaq” maraqlı olsa da, o, Avropaya qayıtmaq qərarına gəlib və əvvəlki klubu “Marsel”i seçib.

Tərəflər artıq iki illik müqavilə barədə razılığa gəliblər. Keçidin yaxın günlərdə rəsmi olaraq təsdiqlənməsi gözlənilir.

Obameyanq 2023-2024-cü illər arasında “Marsel”in heyətində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button