Ərəblər daha bir məşhur futbolçu ilə danışıqlara başlayıb

“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq Fransa çempionatını tərk edərək Səudiyyə Ərəbistanına köçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qabonlu forvardın transferində “Əl-Şabab” maraqlıdır.

Obameyanq yeni mövsümün başlanğıcı ərəfəsində klubun prioritet hədəflərindən biridir. Yaxın vaxtlarda tərəflərin danışıqlar aparacağı gözlənilir.

35 yaşlı futbolçu ötən mövsüm Fransa çempionatında 34 oyun keçirib, 16 qol (dördü penaltidən) və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button