Obameyanq La Liqa klublarının hədəfində

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq qışda klubu tərk edə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə bir neçə İspaniya təmsilçisi maraqlanır.

Yayılan xəbərlərə görə, “Atletiko”dan Joao Feliksin “zadəganlar”a cəlb edilməsi qabonlu hücumçunun əsas heyətə düşmək şansını xeyli azalda bilər. Eyni zamanda, Obameyanqın transferində maraqlı olan klublardan biri də “Atletiko”dur.

Pyer-Emerik Obameyanq 2022-ci ilin sentyabrında “Barselona”dan “Çelsi”yə keçib. O, bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 15 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qabonlu hücumçunun “Çelsi” ilə cari müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button