Obameyanq milli karyerasını başa vurdu
“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq Qabon millisindəki karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyası məlumat yayıb. Onlar 32 yaşlı futbolçunun yazdığı məktubu dərc ediblər.
Məktubda qeyd olunur:
“Ölkəmi təmsil etməkdən qürur duyuram. Lakin 13 ildən sonra milli komandada karyeramı bitirdiyimi elan edirəm. Mən Qabon xalqına və nə olursa olsun məni dəstəkləyən hər kəsə təşəkkür etmək istərdim. Afrikanın ən yaxşı futbolçusu mükafatı ilə Nigeriyadan qayıtdığım gün kimi çox gözəl xatirələrim olacaq. O anları insanlarla bölüşmək inanılmaz idi. Mən hər zaman bizi dəstəkləyən və Qabonda futbolun inkişafı üçün çalışan prezidentimiz, zati-aliləri Ali Bonqo Ondimbaya təşəkkür edirəm”.
Obameyanq 2009-cu ildən Qabon millisində çıxış edirdi. Hücumçu millinin heyətində 72 oyunda 30 qola imza atıb.
Bizi Facebook-da izləyin