Obameyanq Fransa klubu ilə anlaşıb
Liqa 1 təmsilçisi “Marsel” “Çelsi”dən Pyer-Emerik Obameyanqın transferi ilə bağlı razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qabonlu futbolçu “Marsel”ə keçməyə razılaşıb və 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Londonlular hücumçunu pulsuz buraxacaq.
Obameyanqın çərşənbə axşamı Marselə gələcəyi və tibbi müayinədən keçəcəyi gözlənilir.
O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 15 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin