Obameyanq “Barselona”nı unuda bilmir
“Əl-Kadisiya”nın hücumçusu Pyer-Emerik Obameyanq “Barselona”da keçirdiyi vaxtları sevinclə xatırlayır.
Komanda.az xəbər verir ki, qabonlu futbolçu “Barca Universal”-a açıqlamasında bunları deyib:
“Karyeramda ən yaxşı mərhələni seçməli olsam, “Barselona” deyərdim. Orada yaddaşımda əbədi saxlamaq istədiyim bir çox anlar yaşadım, amma əsas olan azarkeşlərin sevgisidir”.
Obameyanq 2022-ci il yanvarın sonunda “Arsenal”dan keçərək “Barselona”nın sıralarına qoşulsa da, uzun müddət Kataloniya klubunu təmsil etmədi: artıq həmin il sentyabrın 1-də “Çelsi”yə keçidini elan etdi.
35 yaşlı forvard keçən ilin iyul ayında “Çelsi”dən “Marsel”ə, bir il sonra isə “Əl-Kadisiya” ilə müqavilə imzalayaraq, Səudiyyə Ərəbistanına köçüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin