
Obameyanq ayın futbolçusu seçilib
Liqa 1-də dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq 2023-cü ilin son ayının ən yaxşı oyunçusu seçilib. O, səsvermədə PSJ-dən Kilian Mbappe və “Lion”dan Aleksandr Lakazetti qabaqlayıb.
Qabonlu futbolçu dekabrda meydana çıxdığı 5 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin