Obradoviç heç-heçəylə başladı
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Rusiyanın “Spartak-2” klubuyla qarşılaşıb. Obradoviçin Azərbaycan millisi ilə debüt matçı saat 12:00-da start götürüb. Oyun başladığı kimi də başa çatıb – 0:0.
Yanvarın 21-dən Antalyada toplanışda olan Azərbaycanın U-21 millisi bu görüşdən sonra hazırlıqlarını yekunlaşdıracaq.
Yoxlama oyunu
24 yanvar
Azərbaycan U-21 – Spartak-2 (Rusiya) 0:0
Azərbaycan: 22.Murad Popov, 13. Murad Qayalı, 5. Anton Krivotsyuk (k), 20. Ömər Buludov, 3. Ricat Qarayev, 7. Nicat Süleymanov, 10. İsmayıl İbrahimli, 17. Murad Xaçayev. 16. Süleyman Əhmədov, 4. Emil Qasımov, 9. Rövlan Muradov.
Ehtiyat oyunçular: 1. Süleyman Süleymanov, 12. Kamran İbrahimov, 23. Qadir Bayramov, 11. Nurlan Quliyev, 15. Faiq Hacıyev, 6. Elvin Dəmirov, 21. Əsgər Hüseynov, 2. Amin Seydiyev, 19. Tural Bayramlı, 8. Baxşəli Baxşəliyev, 18. Əli Sadıqov.
Baş məşqçi: Milan Obradoviç.
Bizi Facebook-da izləyin