“Osimhen yeni oyunçulara yer açmaq üçün göndərilə bilən paket deyil”

“Napoli”nin hücumçusu Viktor Osimhenin agenti Roberto Kalenda müştərisinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun agenti onun bir müddət əvvəl İtaliya klubu ilə qarşılıqlı qərar nəticəsində müqaviləsini uzatdığını deyib:

“Osimhen yeni oyunçulara yer açmaq üçün göndərilə bilən bir paket deyil. O, Afrikada ilin futbolçusu seçildi, “qızıl top” nominasiyasında 8-ci yeri tutdu və onun Avropada hələ çox işi var”.

Daha əvvəl “Napoli” və “Əl-Əhli”nin Osimhenin 65 milyon avro dəyərində transferi üçün razılığa gəldiyi haqda xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button