“O, ya səni “sındırır”, məyus edir, ya da…”
“Yuventus”un sabiq yarımmüdafiəçisi İlyos Zeytullayev futbolçu kimi çıxış etdiyi dövrdə klubun gənclərdən ibarət komandasına rəhbərlik etmiş Can Pyero Qasperinidən söz açıb.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, o, “Atalanta”nın “sükanı arxasında” olan baş məşqçi üçün nəticənin önəmli olduğunu vurğulayıb:
“Hələ indi başa düşürəm ki, futbolçu olduğum zaman Qasperini İtaliya futbolunun inkişaf etməsi üçün çoxlu addımlar atıb. O, “Atalanta”nın indiki oyun üslubunu qeyd etdiyim dövrdə futbolçulara aşılamışdı. Ondan sonrakı bütün italiyalı məşqçilər şablon taktiki sxemlərdən istifadə etdilər. Can Pyero isə öz yolu ilə getməyi üstün tutdu. Biz o vaxtlar 3-4-3 və ya 4-3-3 taktiki sxemini daha çox istifadə edirdik. Öz prinsiplərimiz var idi, yəni topsuz oynamağı bacarırdıq. Rəqiblər oyunumuzu oxumaqda çətinlik çəkirdilər. Qasperininin strategiyası əla idi. O, həmişə qarşısına qoyduğu işləri sona çatdırmaq üçün çalışır. Futbolçunun necə olduğu, hansı problemlərlə üzləşdiyi onu bir o qədər maraqlandırmır. Can Pyero üçün nəticə önəmlidir. O, ya səni “sındırır”, məyus edir, ya da inkişafın üçün əlindən gələni həyata keçirir. Qasperini “Yuventus”a keçməzdən qabaq oynadığım klublarda həyata keçirilən məşqlər, metodlar bağlı məlumatlar əldə etmək istəyirdi”.
Özbəkistanlı futbolçu 2001-2005-ci illərdə “qoca sinyora”da çıxış edib. İlyos İtaliyanın “Cenoa”, “Verona”, “Peskara”, “Torino” kimi klublarında da top qovub. Zeytullayev 2001-2007-ci illərdə Özbəkistan millisinin də şərəfini qoruyub.
Bizi Facebook-da izləyin