Deşam: “Dembelenin hansı vəziyyətdə olacağını görməliyik”

Fransa yığmasının baş məşqçisi Didye Deşam Şotlandiya ilə yoldaşlıq oyunu öncəsi hücumçu Osman Dembelenin durumundan danışıb.

Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Dembelenin əzələlərində narahatlıq hiss etdiyini bildirib:

“Dembele Niderlandla oyuna (2:1) az qalmış əzələlərində narahatlılıq hiss etdi. Çərşənbə axşamı Şotlandiyaya qarşı oynaya biləcəyini anlamaq üçün növbəti məşqlərdə onun hansı vəziyyətdə olacağını görməliyik. Ümid edirəm, o, tezliklə öz performansını göstərəcək”.

26 yaşlı vinger yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. O, bu mövsüm komandanın heyətində 7 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button