“O, “Liverpul”a gedəndə fərqli qapıçı olacaq” – Mamardaşvilinin atası
“Liverpul”un və Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilinin atası David Mamardaşvili futbolçunun icarə əsasında “Valensiya”da çıxış etmək qərarını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oğlunun istedadından da söz açıb:
“Oğlum hər gün böyüyür və irəliləyir. Düşünürəm ki, bir ildən sonra o, “Liverpul”a gedəndə fərqli qapıçı olacaq. O, indi yaxşıdır, amma yaxın illərdə daha da yaxşılaşa bilər. O, super qapıçı ola bilər. Giorgi çox güclüdür, bunu hamı bilir. Bu səbəbdən biz bir il “Valensiya”da qalmağa qərar verdik”.
23 yaşlı qolkiper 2022-ci ildən “Valensiya”da çıxış edir. O, 101 matçda 114 qol buraxıb. Mamardaşvili bu yay “Liverpul”la anlaşıb və yenidən “Valensiya”da, icarə əsasında çıxış etmək qərarına gəlib.
Bizi Facebook-da izləyin