“Heç vaxt o sözləri işlətməmişəm” – De Byazi

“Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan müsahibəsindəki açıqlamasına aydınlıq gətirərkən deyib.

O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib:

“Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil!” (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button