Runidən kapitan sarğısı əlindən alınan Maquayra məsləhət
“Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runi Harri Maquayrın “qırmızı şeytanlar”ı tərk etməli olduğunu düşünür.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Runi, Maquayrın klubdan ayrılmasının onun üçün ən yaxçı seçim olduğuna inanır:
“Baş məşqçi Erik ten Haq Maquayrı kapitan sarğısından məhrum edib. O, əlindən sarğının alındığ klubda oynamağa necə davam edəcək? Bu, baş məşqçinin ona qətiyyən inanmadığını göstərir.
Əminəm ki, Harri oynamağa davam edəcək: özü üçün, İngiltərə üçün, ən yaxşı mövqedə olmaq və mümkün qədər uğurlu olmaq üçün. Onun indi getməsi yəqin ki, ən yaxşı seçim olardı”.
Maquayrın klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. O, 2022/23 mövsümündə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 31 oyun keçirib.
Bizi Facebook-da izləyin