“Bundesliqanın əla səviyyədə olması sevindirici haldır” – Sautqeyt
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Bayern”in hücumçusu Harri Keyn haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı mütüxəssis Münhen klubunda oynayanların təzyiq altında olduğunu bildirib:
“O, sahib olduğu təcrübədən həzz alır. Onun iştirakı ilə keçirilən bütün matçları izləyirik. Bundesliqanın əla səviyyədə olması sevindirici haldır. Təbii ki, “Bayern”də oynayarkən təzyiq altındasan. Belə bir klubda olanda hər həftə qalib gəlməlisən. Beləliklə, bu, Harri üçün yaxşıdır”
Keyn bu mövsüm Münhen komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 28 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin