“O, “Qarabağ”da cari mövsümün əsas oyunçusu ola bilərmi?”

UEFA Konfrans Liqasının rəsmi “tvitter” səhifəsi “Qarabağ”ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki paylaşımda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının 15-ci turunda “Neftçi”yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib. Paylaşımın üstündə isə bu sual yer alıb:

“O, “Qarabağ”da cari mövsümün əsas oyunçusu ola bilərmi?”

Borges “Neftçi” ilə matçda (2:1) dubla imza atıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə (Fransa) qarşılaşacaq. “Köhlən atlar” ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button