“O, Premyer Liqanın indiyə qədər olan ən güclü müdafəçisidir”
Belçikanın “Anderlext” klubunun futbolçusu Vensan Kompani İngiltərə Premyer Liqasının ən yaxşı müdafiəçisi ilə bağlı danışıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümün sonunda “Mançester Siti”dən ayrılan belçikalı futbolçu, Premyer Liqanın ən yaxşı müdafiəçisinin Vircil van Dayk olduğunu deyib:
“Ən yaxşı müdafiəçi haqqında danışmağımz lazımdırsa, mən Vircil van Daykı seçərəm. Onun indiyə qədər gördüyümüz müdafiəçilərdən daha fərqli xüsusiyyətləri var. Rio Ferdinand və Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçiləri idi. Ola bilər, van Dayk burda onlar qədər uzun müddət oynamayıb, amma o, Premyer Liqanın indiyə qədər olan ən güclü müdafəçisidir”.
Van Dayk 2018-ci ilin yanvarından Mersisayd klubunun formasını geyinir.
Bizi Facebook-da izləyin