“O, paltardəyişmə otağında xoşbəxt görünürdü, çünki…”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınan “Fulhem”lə qarşılaşmanı (1:0) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, matçın taleyini həll edən penalti epizodu haqda fikir bildirib:

“Qapımızı toxunulmaz saxladıq. Güclü rəqibə qarşı yaxşı oynadıq. Yaratdığımız qol şanslarının hamısından yararlana bilmədik. Bu, bizim üçün bir az mənfi oldu. Penaltidən yararlanmağımız isə çox yaxşdır. Ümumilikdə, matç ərzində yaxşı məqamlar çox oldu.

Əlbəttə, fasilədən sonra oyunu daha yaxşı idarə etmək istəyirdik, amma alınmadı. Bu, həyatdır. Futbolçularım oyun tərzimizdə dəyişikliklər etməli idilər və bunu bacardılar. Hazırda çox şadam.

Bu gecə qapıçımızın üzərinə çox iş düşmədi. O, paltardəyişmə otağında xoşbəxt görünürdü, çünki qol buraxmamışdı. Oyunda 4:3 və bənzər nəticələrin qeydə alınmasına Allison Bekker nifrət edir. “Fulhem”lə matçda o, müdafiəçilərimizi xilas edə bildi. Vacib məqamdır”.

“Qırmızılar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 59 xalla 5-ci, “Fulhem” isə 45 xalla 10-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button