“Onun “Napoli”də niyə xoşbəxt olmadığını bilmirəm” – Klub prezidenti
İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentis komandanın yarımmüdafiəçisi Lorenso İnsinye ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Neapol klubunda xoşbəxt olmadığı deyilən futbolçuyla bağlı bunları bildirib:
“Onun “Napoli”də niyə xoşbəxt olmadığını bilmirəm. O, əla futbolçudur, amma problemi varsa, bunu izah etməlidir. İnsinye komandada məşqçilərlə yaxşı münasibət qurmayan futbolçulardan biridir və bunun səbəbini heç vaxt başa düşə bilməmişəm. Onu sevirəm və hər zaman müdafiə edəcəm, amma o da komandanın 25 nəfərdən ibarət olduğunu başa düşməlidir. Bizə nə edəcəyini bildirsəydi, daha yaxşı olardı. O, öz problemlərini həll etməlidir”.
Bir müddət əvvəl İnsinye ilə baş məşqçi Karlo Ançelottinin münasibətlərinin gərgin olduğu deyilirdi. Futbolçunun adı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Genk”lə oyunun (0:0) iştirak siyahısına salınmamışdı.
Bizi Facebook-da izləyin