“Sterlinqin gələcəyi Səudiyyə Ərəbistanı çempionatındadır”

Şotlandiyalı baş məşqçi Qrem Suness “Çelsi”nin vingeri Rahim Sterlinqin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Sterlinqin gələcəyini Səudiyyə Ərəbistanında görür:

“Sterlinqin gələcəyi Səudiyyə Ərəbistanı çempionatındadır. O, ora böyük pul üçün gedəcək. Düşünmürəm ki, İngiltərənin hansısa top-klubu Rahimə eyni şərtləri təklif edə bilsin”.

29 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 31 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button