“O, Münhendə yaxşı işlər görür” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Hasan Salihamiciç icarə əsasında “Mançester Siti”dən Bundesliqa klubuna keçən Joao Kanselo ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun Almaniya klubunun heyətində yaxşı çıxış etdiyini açıqlayıb:

“Hazırda o, Münhendə yaxşı işlər görür. Bu, vacib məsələdir. Kanselo mövsümün ikinci yarısında müntəzəm oynamaq imkanı əldə edə bilər.

Hər iki tərəf qarşılıqlı razılaşma əldə edərsə, biz onunla satınalmanın şərtlərini razılaşdıra bilərik. Joao bilir ki, biz onunla bir neçə ildir ki, sözləşmə imzalamaq niyyətində idik”.

Münhen təmsilçisi 28 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Almanlar onun transfer hüququnu almaq üçün 70 milyon avro ödəməli olacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button