“O, meydançada ən yaxşı münasibət qurduğum futbolçu idi”
“Barselona”nın müdafiəçisi Jordi Alba PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıtmaq ehtimalına münasibət bildirib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, o, Messinin “Barselona”ya qayıdacağına ümid etdiyini söyləyib:
“Bu, Leonun qərarıdır. Doğrusu, bu mövzunu heç müzakirə etməmişik. Lakin Messini “Barsa”nın formasından başqa forma ilə görmək qəribədir.
O, meydançada ən yaxşı münasibət qurduğum futbolçu idi. Gələcəkdə nələrin olacağını yaşayıb görə bilərik. Mən hələ də Messinin qayıdacağına ümidliyəm”.
Son dünya çempionunun Liqa 1 təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2022/23 mövsümündə PSJ-də 35 oyuna çıxıb, 20 qol vurub və 18 məhsuldar ötürmə edib.
Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib. Lionel La Liqa klubunun heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin