“Prezident seçiləcəyim halda, Messini komandada qalmağa razı salacağıma inanıram”

İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə namizədlərdən olan Viktor Font komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Font, Messini Kataloniya klubunda saxlaya biləcəyini deyib:

“Messi idman tarixinin ən yaxşı oyunçusudur. Messi – “Barselona” birliyi çox vacibdir və bu birliyin davam etməsi üçün hər şeyi etməliyik. Messi “Barselona”nı sevir və istədiyi uğurları qazanır. Onun məvacibini yenidən nəzərdən keçirməliyik. Bu, daha çox azarkeşlərin stadionlara qayıtmasından asılı olacaq. O, klub layihəmizin vacib hissəsidir. Prezident seçiləcəyim halda, Messini komandada qalmağa razı salacağıma inanıram”.

Argentinalı futbolçu keçən mövsümün sonunda komandadan ayrılmaq istəsə də, klubla anlaşa bilməmişdi. Onun cari mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button