“Klopp “Liverpul”a atəş, ehtiras və yeni dinamika gətirdi” – Fernandes
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes “Liverpul”un baş məşqçisi Yurgen Klopp haqda danışıb.
Komanda.az “A Bola”-ya istinadən verir ki, poruqaliyalı futbolçu, Kloppun futbola olan həvəsinə görə ən çox dəyər verdiyi məşqçi olduğunu söyləyib:
“Söhbət oyunlara gətirdiyi intensivliyə, futbola olan həvəsinə görə ən çox dəyər verdiyim məşqçidən gedir. Düşünürəm ki, onun indi getmək qərarına gəlməsi futbolu nə qədər sevdiyinin növbəti nümayişidir. O, “Liverpul”u özünə inandıran baş məşqçidir. Klopp böyük kuboklar qazandı: Premyer Liqa, Çempionlar Liqası və bir neçə kubok. Həmçinin, “Liverpul”a atəş, ehtiras və yeni dinamika gətirdi. O, bir daha bizi inandırdı ki, bu klub çempiondur, kuboklar uğrunda mübarizə aparmağa qadirdir. Heç kim bunu Kloppun əlindən ala bilməyəcək”.
Almaniyalı mütəxəssis daha əvvəl cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.
Bizi Facebook-da izləyin