“Skriniar “İnter”ə hörmətsizlik etdi” – Marotta

“İnter”in baş direktoru Cüzeppe Marotta klubun keçmiş müdafiəçisi Milan Skriniarla müqaviləni uzatmaq istəyərkən üzləşdiyi çətinliklərdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Marotta, slovakiyalı futbolçunun davranışlarına görə məyus olduğunu bildirib:

“Skriniar əvvəlcə bizimlə yeni müqavilə imzalamaq istəyirmiş kimi davrandı… Amma əslində onun fikirlərinin başqa klubla bağlı olduğu ortaya çıxdı. Onun davranışından məyus oldum. O, “İnter”ə hörmətsizlik etdi. Biz ona bir neçə həll yolu təklif etdik, o cümlədən kompensasiyanın məbləği ilə bağlı şərt. Lakin o, həmişə bizdən imtina edib”.

Skriniar 2017-ci ildən “İnter”də çıxış edib. 28 yaşlı futbolçu yayda azad agent kimi PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button