“O, komandanı bu hala gətirən beş-altı insandan biridir” – Qvardiola
İngiltərə Premyer Liqasının son turunda “Norviç”lə qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, oyunla bağlı bunları deyib:
“Bu, son oyunumuzdur. Qalib gəlmək və Çempionlar Liqasında “Real”la oyuna hazırlaşmaq istəyirik. Futbolçularımızın “Real”la oyuna nə dərəcədə hazır olduqlarını görməyimiz lazımdır. Onları çox yaxşı tanıyıram, amma daha da yaxşılaşmağımız lazımdır. Hər oyunda qalib gəlmək çox vacibdir”.
Qvardiola, “Norviç”lə matçda “Mançester Siti”nin heyətində son oyununu keçirəcək David Silva barədə də fikirlərini bölüşüb:
“Silva klubdakı matç sayı, oyun keyfiyyəti, qazanmağımıza kömək olduğu kuboklar baxımından möhtəşəm futbolçudur. O, komandanı bu hala gətirən beş-altı insandan biridir. “Mançester Siti” ona hər zaman minnətdar olacaq”.
“Mançester Siti” – “Norviç” oyunu sabah keçiriləcək.
Bizi Facebook-da izləyin