İbrahimoviç yenə özünü təriflədi: “Ordakı hər kəsdən daha yaxşı iş görə bilərəm”
Hazırda “Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç “Ayaks”da forma geyindiyi vaxtlarla bağlı açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu, “Ayaks”ın bir parçası olmaqdan qürur duyduğunu deyib:
“Ayaks”a transfer olunarkən, Hollandiyada mənə qarşı olan reaksiyalardan həzz alırdım. İlk vaxtlar məni fitə basırdılar, amma mən gedəndə, ağladılar.
“Ayaks” hələ də Hollandiyadakı komandamdır. O klubun bir parçası olmaqdan qürur duyuram. Xüsusilə də, özlərini Avropaya göstərmək üsulları çox xoşuma gəlir. Çempionlar Liqasında heç kimin gözləmədiyini öz yetirmələri olan futbolçularla bacardılar. “Ayaks”ı o səviyyədə görmək möhtəşəm idi.
Əslində, ayrıldığım kluba qayıtmıram, amma karyeramı bitirdikdən sonra “Ayaks”a idarəedici kimi qayıda bilərəm. Ordakı hər kəsdən daha yaxşı iş görə bilərəm”.
İbrahimoviç 2001-2004-cü illərdə “Ayaks”ın şərəfini qoruyub.
Bizi Facebook-da izləyin