“O, italyandan daha çox parislidir” – Qalte
PSJ-nin baş məşqçisi Kristof Qalte Marko Verrattinin klubla müqaviləsinin müddətinin artırılması ilə bağlı açıqlama verib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, italiyalı futbolçu ilə çalışdığı üçün məmnun olduğunu dilə gətirib:
“Onunla yeni müqavilə imzaladığımız üçün şadam. Verratti kluba bağlılığını göstərməkdə davam edir. İndi o, italyandan daha çox parislidir. Biz onunla birlikdə işlədiyimiz üçün məmnunuq. Verratti uzun illərdir ki, öz mövqeyində dünyanın ən yaxşı oyunçularındandır”.
30 yaşlı Verratti PSJ ilə müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb. Əvvəlki müqaviləyə əsasən, futbolçunun klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaqdı.
O, 2012-ci ildən Paris təmsilçisində çıxış edir. Verratti 10 mövsümdə 398 oyuna çıxıb, 11 qol vurub və 48 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin