“Yuventus”dan ayrılan futbolçu İtaliyanı tərk etmək istəmir

Bir müddət əvvəl “Yuventus”dan ayrılan müdafiəçi Leonardo Bonuççi İtaliya çempionatını tərk etmək istəmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bonuççi “Fiorentina”nın futbolçusu ola bilər. O, bu klubun rəhbərliyi ilə yaxşı münasibətdədir.

36 yaşlı müdafiəçi ilə Almaniyanın “Union” klubu da maraqlanır.

Bonuççi ötən mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button