“O insanlar üçün çox təəssüflənirəm” – Qvardiola
İngiltərə Premyer Liqasının son turunda “Lester”ə 1:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, Vensan Kompaninin qolu ilə bağlı suala belə cavab verib:
“Qol epizodunda içimdə “zərbə vurma, ötürmə ver” dedim. Amma Kompani daha yaxşı bir qərar verdi. Şübhəsiz ki, möhtəşəm bir qol idi”.
Növbəti tur “Brayton”la keçirəcəkləri oyunun çətin olacağını deyən 48 yaşlı mütəxəssis, “Liverpul”la olan çempionluq yarışı haqqında da danışıb:
“Sadəcə bir oyun qaldı və yenə çox çətin olacaq. “Brayton”un “Arsenal”la matçda necə yaxşı oynadığını gördük. Hər şey bizim əlimizdədir. Yaxşı hazırlaşacağıq və ümid edirəm ki, çempionluğu qazanacaq şəkildə oynayarıq.
Mətbuatda bir çox insan “Liverpul”un lider olmasını istəyir, amma son tura biz lider olaraq giririk. O insanlar üçün çox təəssüflənirəm”.
Bizi Facebook-da izləyin