O, indi daha güclüdür – Sulşer
İngiltərə Premyer Liqasının növbəti turunda “Tottenhem”lə qarşılaşacaq “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis Markus Reşfordun Harri Keyn kimi hücumçu ola biləcəyini deyib:
“O, yüksək səviyyəli hücumçu ola bilər. Biz Harri Keyn və onun səviyyəsi haqqında danışa bilirik. Mən inanıram ki, Reşford da bu potensiala malikdir. Onun döyüşkən xarakteri var. O, indi daha güclüdür”.
“Tottenhem” – “Mançester Yunayted” oyunu sabah, saat 20:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin