Tuxeldən Neymar açıqlaması

Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel, klubdakı gələcəyi müzakirə olunan Neymarın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, braziliyalı futbolçunun klubda qalmasını istədiyini deyib:

“Neymar bizimlə birlikdə mövsümöncəsi hazırlıq üçün Çinə gedəcək. O, komanda ilə məşqlərə başlamaq üzrədir. Keçən həftə bəzi testlər edildi və hazırda vəziyyəti yaxşıdır.

Neymarın komandada qalmasını istəyirəm. Transfer dövründə hər şey ola bilər, amma o, hazırda mənim futbolçumdur”.

Neymarın PSJ-dən ayrılaraq, “Barselona”ya transfer olunmaq istədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button