“O, hazırda Avropanın ən yaxşı yarımmüdafiəçisidir” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Srvena Zvezda” ilə oyunundan (3:1) sonra komandanın yarımmüdafiəçisi Rodrini tərifləyib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, bu görüşdə qol vuran 27 yaşlı ispaniyalı futbolçu haqda Qvardiola bunları söyləyib:

“O, hazırda Avropanın ən yaxşı yarımmüdafiəçisidir. Ümid edirəm ki, daha da inkişaf edə bilər, lakin o, artıq əla yarımmüdafiəçidir. Klub bu futbolçu ilə müqavilə imzaladığı üçün bəxtimiz gətirdi. Rodri ilk gələndə belə futbolçu deyildi. İndi kapitanlardan biridir, yüksək səviyyəli oyunçudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button