“O, həqiqətən də, “Roma” ilə uğur qazanmaq istəyirdi”
“İnter”in vitse-prezidenti Xavyer Zanetti Joze Mourinyonun “Roma”nın baş məşqçi postundan istefasına münasibət bildirib.
Komanda.az TMW-yə istinadən xəbər verir ki, Zanetti portuqaliyalı mütəxəssisi peşəkar adlandırıb:
“Mənim Mourinyo ilə əla münasibətim var. Çox təəssüf ki, bu baş verdi. Mən onun xarakterini yaxşı bilirəm, o, əsl peşəkardır. O, həqiqətən də, “Roma” ilə uğur qazanmaq istəyirdi”.
İtaliya klubu dünən Mourinyonun istefasını açıqlayıb. 60 yaşlı mütəxəssis 2021-ci ildən Roma klubunda işləyib. O, komanda ilə UEFA Konfrans Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin