Azərbaycan millisinin keçmiş futbolçusu: “Ailəmdə məndən başqa, hamı “Real”ı dəstəkləyir”
“Napoli”nin vingeri Xviça Kvaraxtseliyanın atası Badri Kvaratsxeliya oğlunun “Real”la xüsusi münasibətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçunun atası “Real”la oyunun oğlu üçün xüsusi olduğunu bildirib:
“Xviça üçün “Real”la oyun xüsusi idi. Ailəmdə məndən başqa, hamı “Real”ı dəstəkləyir. O, həmişə bu klubda oynamaq arzusunda olub və hələ də arzusundadır. Mən buna tam əminəm”.
Dünən neapollular Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Madrid komandasına 2:4 hesabı ilə uduzublar.
Kvaratsxeliya bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 19 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Badri Kvaratsxeliya vaxtı ilə Azərbaycan millisinin və “Kəpəz”, “Şəmkir” kimi klubların formasını geyinib.
Bizi Facebook-da izləyin