“Klub üçün kifayət qədər yaxşı təklif olsa, o, gedəcək” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandadakı gələcəyi müzakirə olunan Aleksis Sançeslə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, uyğun təklif gələrsə, 30 yaşlı hücumçunun klubdan ayrıla biləcəyini deyib:

“Aleksis keyfiyyətli futbolçudur. Əslində, bizim də çox seçimimiz yoxdur. Klub üçün kifayət qədər yaxşı təklif olsa, o, gedəcək. Uyğun təklif olmasa, o, yenə də bizimlə qalacaq”.

Sançeslə “Milan”, “Napoli” və “İnter” klubları yaxından maraqlanır. Onun “Mançester Yunayted”lə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button