Gündoğan da narazıdır
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi İlkay Gündoğan videotəkrar sistemi (VAR) ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, bu mövsümdən Premyer Liqa matçlarında tətbiq olunan sistemi sevmədiyini deyib:
“VAR futbolu təkcə futbolçular üçün deyil, həm də azarkeşlər üçün dəyişdirir. Hətta futbolu bu oyunu sevən hər kəs üçün dəyişdirir. Təəssüf ki, bu sistem bizim futbolu sevməyimizdə əsas rol oynayan hissləri əlimizdən alır”.
Bir müddət əvvəl “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah da videotəkrar sistemini sevmədiyini demişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin